• Home  
  • Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
- Dünya - Gündəm - Hadisə

Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir

Türkiyənin Antalya və Mersin şəhərlərində meşə yanğınları nəzarətə götürülüb, Adanada isə alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir. Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb. “Antalyanın Aksu və Kumluca, eləcə də Mersinin Bozyazı rayonlarında meşədənkənar ərazilərdə başlayan yanğınların şiddətini zəiflətdik. Yanğınları tamamilə nəzarət altına almaq üçün işlərimiz davam edir”, […]

Hadisə

Türkiyənin Antalya və Mersin şəhərlərində meşə yanğınları nəzarətə götürülüb, Adanada isə alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

“Antalyanın Aksu və Kumluca, eləcə də Mersinin Bozyazı rayonlarında meşədənkənar ərazilərdə başlayan yanğınların şiddətini zəiflətdik. Yanğınları tamamilə nəzarət altına almaq üçün işlərimiz davam edir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Adananın Kozan rayonunda davam edən yanğına isə fasiləsiz müdaxilə olunur: “Qruplarımız yanğını bir an əvvəl nəzarət altına almaq üçün bütün imkanları ilə mübarizə aparır”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.