• Home  
  • ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir
- Dünya - Gündəm - İQTİSADİYYAT

ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən bəzi spirtli içki, süd məhsulları və motosiklet növləri də daxil olmaqla, Kanada mallarının bir hissəsinin Birləşmiş Ştatlara tədarükünü qadağan etmək barədə qərar qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə bildirilib. Qeyd olunub ki, tədbirlər Kanada tərəfinin ticarət sahəsindəki “ayrı-seçkilik” səbəbindən qəbul edilib. […]

ABŞ Kanada

ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən bəzi spirtli içki, süd məhsulları və motosiklet növləri də daxil olmaqla, Kanada mallarının bir hissəsinin Birləşmiş Ştatlara tədarükünü qadağan etmək barədə qərar qəbul edib.

Əks-səda xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə bildirilib.

Qeyd olunub ki, tədbirlər Kanada tərəfinin ticarət sahəsindəki “ayrı-seçkilik” səbəbindən qəbul edilib.

Bundan əlavə, ABŞ barəsində 50% həcmində rüsumların tətbiq ediləcəyi Kanada məhsullarının adları siyahısını genişləndirib. Bu tədbirlər sentyabrın 15-də qüvvəyə minəcək. Sözügedən siyahıya bəzi alüminium və polad məmulatları, həmçinin mebel və kağız daxil edilib. Sement və texniki duz siyahıdan çıxarılıb.

Tramp daha əvvəl, sentyabrın 8-də ABŞ-nin aidiyyəti qurumlarına Kanada məhsullarını ildə 50 milyard dollarlıq dövlət satınalmaları planlarından xaric etməyi tapşırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.