• Home  
  • Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
- Dünya - Gündəm - Hadisə

Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib

Livanın şimal sahillərində gəmi batdıqdan sonra xilas edilən bir qrup qanunsuz miqrant çərşənbə günü “Əl-Əridə” sərhəd-keçid məntəqəsində Suriya hakimiyyət orqanlarına təhvil verilib. Əks-səda xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətindəki mənbə bildirib. Onun məlumatına görə, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələrinin üzvləri 21 Suriya vətəndaşını sudan xilas ediblər. Onların qeyri-qanuni yolla Kiprə çatmağa çalışdıqları qayıq […]

Hadisə

Livanın şimal sahillərində gəmi batdıqdan sonra xilas edilən bir qrup qanunsuz miqrant çərşənbə günü “Əl-Əridə” sərhəd-keçid məntəqəsində Suriya hakimiyyət orqanlarına təhvil verilib.

Əks-səda xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Onun məlumatına görə, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələrinin üzvləri 21 Suriya vətəndaşını sudan xilas ediblər. Onların qeyri-qanuni yolla Kiprə çatmağa çalışdıqları qayıq ölkənin şimalındakı Tripoli limanı yaxınlığında yanaraq batıb.

Gəmidə olan insanların dəqiq sayı hələlik müəyyən edilməyib. Livan sahillərində axtarış-xilasetmə əməliyyatı davam edir.

Üç suriyalı ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.