• Home  
  • BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
- Dünya - Gündəm - İQTİSADİYYAT

BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatına, o cümlədən süni intellekt, enerji və müdafiə sahələrindəki layihələrə təxminən 40 milyard avro (46 milyard ABŞ dolları) investisiya yatırmağı planlaşdırır. Əks-səda xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi “Bloomberg TV”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, investisiyanın təxminən 10 milyard avrosu Bavariya federal torpağında həyata […]

İqtisadiyyat

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya iqtisadiyyatına, o cümlədən süni intellekt, enerji və müdafiə sahələrindəki layihələrə təxminən 40 milyard avro (46 milyard ABŞ dolları) investisiya yatırmağı planlaşdırır.

Əks-səda xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi “Bloomberg TV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, investisiyanın təxminən 10 milyard avrosu Bavariya federal torpağında həyata keçiriləcək layihələrə yönəldiləcək. Qalan vəsait isə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərindəki layihələrə yatırılacaq.

“40 milyard avro yalnız başlanğıcdır. Bu münasibətləri yeni səviyyəyə çıxarmağa imkan verəcək daha perspektivli imkanlar axtaracağıq”, – deyə Əl Zeyudi bildirib.

Nazir qeyd edib ki, investisiyalar BƏƏ ilə Almaniya arasında “uzunmüddətli münasibətlərin və strateji tərəfdaşlığın” möhkəmləndirilməsinə xidmət edəcək.

“Bloomberg”in məlumatına görə, məlumat mərkəzləri və süni intellekt BƏƏ-nin iqtisadiyyatını şaxələndirməsinin əsas istiqamətlərindən biridir. Yaxın Şərqdə davam edən gərginlik fonunda ölkə ABŞ-dan kənar müdafiə sahəsində əməkdaşlığını da genişləndirməyə çalışır.

Əl Zeyudinin sözlərinə görə, yeni investisiyalar BƏƏ-nin Almaniyaya daha əvvəl yatırdığı təxminən 34 milyard avro həcmində vəsaitin davamı olacaq.

Qeyd edək ki, nazir BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı 2019-cu ildən bəri Almaniyaya ilk rəsmi dövlət səfəri zamanı müşayiət edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.