• Home  
  • Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
- Dünya - Gündəm - Siyasət

Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb. Əks-səda xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının jurnalisti Laura İnqremə müsahibəsində danışıb. “Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə də seçkilərdən əvvəl başa çatacaq, amma düşünürəm ki, bu, seçkilərdən dərhal sonra baş verəcək”, – deyə ABŞ […]

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb.

Əks-səda xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının jurnalisti Laura İnqremə müsahibəsində danışıb.

“Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə də seçkilərdən əvvəl başa çatacaq, amma düşünürəm ki, bu, seçkilərdən dərhal sonra baş verəcək”, – deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını vurğulayıb.

“Xeyr. Mən “peşmançılıq” sözünə inanmıram. Əgər bunu yenidən etmək məcburiyyətində qalsaydım, yenə də eyni addımı atardım”, – Tramp müvafiq suala cavabında deyib.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.