İndoneziyanın Molukk adaları ərazisindəki Banda dənizində 6,2 maqnitudalı zəlzələ baş verib.
Əks-səda İndoneziyanın Geofizika Agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 143 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi yoxdur. Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.


