• Home  
  • Səudiyyə Ərəbistanının Cizan bölgəsində dron hücumu nəticəsində iki nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Səudiyyə Ərəbistanının Cizan bölgəsində dron hücumu nəticəsində iki nəfər yaralanıb

Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Cizan bölgəsinin Əl-Taval əyalətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb, məscidə, bir neçə evə və avtomobilə ziyan dəyib. Əks-səda xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin “X” sosial şəbəkəsindəki açıqlamasında bildirilir. Xidmət mülki hədəflərə endirilən zərbələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusu kimi qiymətləndirib və əlavə edib ki, hakimiyyət […]

Hadisə

Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Cizan bölgəsinin Əl-Taval əyalətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb, məscidə, bir neçə evə və avtomobilə ziyan dəyib.

Əks-səda xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin “X” sosial şəbəkəsindəki açıqlamasında bildirilir.

Xidmət mülki hədəflərə endirilən zərbələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusu kimi qiymətləndirib və əlavə edib ki, hakimiyyət orqanları bu cür hadisələr üçün müəyyən olunmuş prosedurları tətbiq edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi dron hücumu nəticəsində “Şərq-Qərb” neft boru kəmərinin işinin dayandırıldığını açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.