• Home  
  • Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb. Əks-səda bu barədə yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər – ümumilikdə 21 nəfər yaralanıb. Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb. Hadisə yerinə təcili […]

Hadisə

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb.

Əks-səda bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər – ümumilikdə 21 nəfər yaralanıb.

Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma başlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.