Türkiyənin İstanbul şəhərində sərnişin avtobusunun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.
Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya çatdırılıb.
İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.
Ətrafdakıların xəbərdarlığı əsasında hadisə yerinə yanğınsöndürən, tibb və polis qrupları cəlb edilib.


