• Home  
  • Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
- Dünya - Gündəm - Siyasət

Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb

İran daxil olmaqla, Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda planlaşdırılan görüşü “konsensus əldə etmək maraqları naminə” daha sonrakı tarixə keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkəsində məlumat yayıb. “Konsensus əldə etmək maraqları naminə sabah Salalah şəhərində planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionda sabitliyə […]

Siyasət

İran daxil olmaqla, Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda planlaşdırılan görüşü “konsensus əldə etmək maraqları naminə” daha sonrakı tarixə keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Konsensus əldə etmək maraqları naminə sabah Salalah şəhərində planlaşdırılan regional görüş təxirə salınıb. Biz regionda sabitliyə və uzunmüddətli əməkdaşlığa töhfə verən dialoqun inkişafına sadiq qalırıq”, – o yazıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.