• Home  
  • “Amazon” Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

“Amazon” Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb

“Amazon” şirkəti Mayami hava limanında (Florida ştatı) beş nəfərin ölümü ilə nəticələnən aviaqəzadan sonra “21 Air” yükdaşıyıcısının rəhbərliyini əməkdaşlığı dayandırmaq qərarı barədə məlumatlandırıb. Əks-səda “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə “Amazon”un mətbuat katibi Kelli Nantel bildirib. “Təhlükəsizlik istər öz fəaliyyətimizdə, istərsə də tərəfdaşlarla işləyərkən həmişə bizim əsas prioritetimiz olub. Biz istintaqa və […]

Hadisə

“Amazon” şirkəti Mayami hava limanında (Florida ştatı) beş nəfərin ölümü ilə nəticələnən aviaqəzadan sonra “21 Air” yükdaşıyıcısının rəhbərliyini əməkdaşlığı dayandırmaq qərarı barədə məlumatlandırıb.

Əks-səda “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə “Amazon”un mətbuat katibi Kelli Nantel bildirib.

“Təhlükəsizlik istər öz fəaliyyətimizdə, istərsə də tərəfdaşlarla işləyərkən həmişə bizim əsas prioritetimiz olub. Biz istintaqa və bütün zərərçəkənlərə dəstək göstərməyə davam edəcəyik”, – Nantel bildirib.

Qeyd edilir ki, “21 Air” logistika maqnatı və beysbol komandasının sahibi Cim Kreynə məxsusdur. “Amazon”dan əlavə, onun şirkəti “DHL Express”ə də xidmətlər göstərir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.