• Home  
  • Tokayev Cənubi Koreyada dövlət səfərindədir
- Dünya - Gündəm - Siyasət

Tokayev Cənubi Koreyada dövlət səfərindədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koreyalı həmkarı Li Çje Myonun dəvəti ilə Koreya Respublikasına dövlət səfəri edib. Əks-səda xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, onu Seul hava limanında Baş nazirin müavini, elm və informasiya-kommunikasiya texnologiyaları naziri Pe Gyon Xun qarşılayıb. Tokayev Seula ötən gecə BRICS sammitində iştirak etdiyi Yeni […]

Siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koreyalı həmkarı Li Çje Myonun dəvəti ilə Koreya Respublikasına dövlət səfəri edib.

Əks-səda xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onu Seul hava limanında Baş nazirin müavini, elm və informasiya-kommunikasiya texnologiyaları naziri Pe Gyon Xun qarşılayıb.

Tokayev Seula ötən gecə BRICS sammitində iştirak etdiyi Yeni Dehlidən birbaşa səfər edib.

Sentyabrın 15-də Seulda ali səviyyədə danışıqların keçiriləcəyi, bu zaman Qazaxıstan-Koreya genişləndirilmiş strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, Prezidentin aparıcı Koreya şirkətlərinin rəhbərləri ilə görüşlərinin planlaşdırıldığı barədə də məlumat yayılıb.

Sentyabrın 16-da o, birinci “Mərkəzi Asiya – Koreya Respublikası” sammitinin işində iştirak edəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.