• Home  
  • İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
- Dünya - Gündəm - Hadisə

İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir

İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır. Əks-səda xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib. Son məlumatlara əsasən, əməliyyata 622 nəfər və təxminən 12 gəmi cəlb edilib. Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olmuş, daha 107 sərnişin və ekipaj üzvü […]

İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır.

Əks-səda xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib.

Son məlumatlara əsasən, əməliyyata 622 nəfər və təxminən 12 gəmi cəlb edilib.

Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olmuş, daha 107 sərnişin və ekipaj üzvü xilas edilib.

Göyərtəsində 243 nəfərin olduğu Virgo Transport 8 gəmisi həftə sonunda güclü fırtına zamanı itkin düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.