• Home  
  • TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək
- Cəmiyyət - Gündəm - Ölkə

TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək

Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti – 8-ci Görüşü Türkiyədə keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib. O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var: “Belə bir zamanda biz […]

Cəmiyyət

Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti – 8-ci Görüşü Türkiyədə keçiriləcək.

Əks-səda xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib.

O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var:

“Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizin müdrik siyasətlərinə xalqlarımız, dövlətlərimiz naminə mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.