• Home  
  • Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
- Cəmiyyət - Gündəm - Ölkə

Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır. Əks-səda xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən bildirilib. Qeyd edilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə […]

Cəmiyyət

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.

Əks-səda xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən bildirilib.

Qeyd edilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.

İşlər çərçivəsində FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, sahilyanı ərazilər təmizlənir.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.