• Home  
  • Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlər həyata keçirir. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, şəhərin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, […]

Cəmiyyət

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlər həyata keçirir.

Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, nəqliyyat vasitələri və digər obyektlər üçün potensial təhlükə yarada bilən ağaclar mütəxəssislər tərəfindən müəyyən edilir.

Aidiyyatı dövlət qurumunun müvafiq rəyi əsasında təhlükə yaradan qurumuş ağacların götürülməsi, həmçinin ağacların qurumuş, zədələnmiş və təhlükə yarada biləcək budaqlarının budanması həyata keçirilir.

Tədbirlərin əsas məqsədi güclü külək zamanı yarana biləcək mümkün fəsadların qarşısının alınması, vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun sağlam və dayanıqlı vəziyyətdə saxlanılmasıdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.