Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.
Əks-səda xəbər verir ki, yanğın hadisəsi rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


