• Home  
  • “Forbes”: Trampın sərvəti 7 milyard dollara çatıb
- Dünya - Gündəm - Maraqlı

“Forbes”: Trampın sərvəti 7 milyard dollara çatıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da onun 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar çoxdur. Əks-səda xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. “Son hesablamalarımıza görə, sentyabr ayında yenilənmiş məlumatlar əsasında Trampın sərvəti 7 milyard dollar təşkil edir. Prezident 2024-cü il seçkilərində qalib […]

Donald Tramp

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da onun 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar çoxdur.

Əks-səda xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

“Son hesablamalarımıza görə, sentyabr ayında yenilənmiş məlumatlar əsasında Trampın sərvəti 7 milyard dollar təşkil edir. Prezident 2024-cü il seçkilərində qalib gəldiyi vaxtla müqayisədə təxminən 2,7 milyard dollar varlanıb”, – deyə “Forbes” bildirib.

Vurğulanıb ki, ABŞ prezidenti sərvətini əsasən xarici şirkətlərlə bağladığı sövdələşmələr və kriptovalyuta sahəsindəki fəaliyyəti hesabına artırıb.

“Forbes” qeyd edib ki, ABŞ tarixində heç kim siyasətdən bu qədər böyük məbləğdə gəlir əldə etməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.