• Home  
  • İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
- Dünya - Gündəm - Hadisə

İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb

İsrail Müdafiə Ordusu (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının briqada komandirinin öldürüldüyünü açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə sentyabrın 15-də IDF-nin mətbuat xidməti Telegram kanalında məlumat yayıb. Bildirilib ki, IDF və ŞABAK Qəzza zolağının cənub hissəsinə zərbə endirərək Rəfahdakı HƏMAS briqadasının komandiri və təşkilatın hərbi qanadının operativ […]

Hadisə

İsrail Müdafiə Ordusu (IDF) və İsrail Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının briqada komandirinin öldürüldüyünü açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə sentyabrın 15-də IDF-nin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, IDF və ŞABAK Qəzza zolağının cənub hissəsinə zərbə endirərək Rəfahdakı HƏMAS briqadasının komandiri və təşkilatın hərbi qanadının operativ strukturunun rəhbəri Nael Əbu Ubeydi öldürüblər.

İsrail tərəfinin məlumatına görə, Əbu Ubeyd komandir təyin olunmazdan əvvəl briqadada bir sıra rəhbər vəzifələrdə çalışıb. O, Rəfah briqadasının komandir müavini olub, həmçinin “Təl əs-Sultan” və “İbnə” batalyonlarına rəhbərlik edib. IDF onun HƏMAS-ın yüksək rəhbərliyinin əsas fiqurlarından biri olduğunu bildirib.

İsrail tərəfi Əbu Ubeydin briqadanın silahlı qüvvələrinin fəaliyyətini əlaqələndirdiyini və IDF hərbçiləri ilə İsrail vətəndaşlarına qarşı hücumların hazırlanması və həyata keçirilməsi ilə bağlı göstərişlər verdiyini iddia edib. Həmçinin onun müharibə zamanı ciddi zərər gördüyü bildirilən briqadanın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğu qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.