Yaponiyanın Osaka şəhərində orta məktəb şagirdinin sinifdə bibər qazı püskürtməsi nəticəsində azı 24 nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanların vəziyyəti ağır deyil və onların hamısı şüurludur.
Polis hadisənin başvermə şəraitini araşdırır və şagirdi dindirir.


