• Home  
  • Ayda Günəş sistemindəki ən böyük krater aşkar edilib
- Dünya - Gündəm - Maraqlı

Ayda Günəş sistemindəki ən böyük krater aşkar edilib

Amerika kosmik agentliyi NASA Ayda Günəş sistemindəki ən böyük yeni krateri aşkar edib. Əks-səda xəbər verir ki, bu barədə “Science Advances” elmi jurnalında məlumat yayılıb. Krater 2025-ci ildə “Lunar Reconnaissance Orbiter” planetlərarası stansiyasının köməyi ilə tapılıb. Nəşrdə qeyd olunur ki, bu, Günəş sistemində aşkar edilmiş müasir zərbə kraterlərinin ən böyüyüdür; mövcud modellərə görə, belə hadisələr 132 […]

Maraqlı

Amerika kosmik agentliyi NASA Ayda Günəş sistemindəki ən böyük yeni krateri aşkar edib.

Əks-səda xəbər verir ki, bu barədə “Science Advances” elmi jurnalında məlumat yayılıb.

Krater 2025-ci ildə “Lunar Reconnaissance Orbiter” planetlərarası stansiyasının köməyi ilə tapılıb.

Nəşrdə qeyd olunur ki, bu, Günəş sistemində aşkar edilmiş müasir zərbə kraterlərinin ən böyüyüdür; mövcud modellərə görə, belə hadisələr 132 ildə bir dəfə baş verir.

NASA 2024-cü ilin yazında Yerin peykinin səthinə 3-6 mərtəbəli bina böyüklüyündə asteroid və ya kometa çırpıldığını bildirib. Kraterin diametri 222 metr, dərinliyi isə təxminən 42 metr təşkil edir.

Krater alim Tomas MakGetçinin şərəfinə “McGetchin” adlandırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.