• Home  
  • Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
- Gündəm - Ölkə - Siyasət

Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək. Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova deyib. “Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, – deyə dövlət başçısı bildirib. Qeyd […]

Şavkat Mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək.

Əks-səda xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova deyib.

“Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 15-də Аsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti keçiriləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.