• Home  
  • İranda genişmiqyaslı təlimlər başlayıb
- Dünya - Gündəm - Siyasət

İranda genişmiqyaslı təlimlər başlayıb

İranın paytaxtı Tehran başda olmaqla ölkənin bütün ərazilərində sentyabrın 18-də genişmiqyaslı fədakarlıq təlimləri başlayıb. Əks-səda xəbər verir ki, bu barədə “Tasnim” İnformasiya Agentliyi məlumat yayıb. Tədbirdə döyüş taborlarının və əhalinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edir. Bildirilib ki, aksiya 313 000 nəfərin iştirakı ilə Tehranda keçirilən paradla başlayıb. İnformasiyaya əsasən, mərasimdə İran istehsalı olan bir sıra pilotsuz […]

Siyasət

İranın paytaxtı Tehran başda olmaqla ölkənin bütün ərazilərində sentyabrın 18-də genişmiqyaslı fədakarlıq təlimləri başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “Tasnim” İnformasiya Agentliyi məlumat yayıb.

Tədbirdə döyüş taborlarının və əhalinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edir.

Bildirilib ki, aksiya 313 000 nəfərin iştirakı ilə Tehranda keçirilən paradla başlayıb.

İnformasiyaya əsasən, mərasimdə İran istehsalı olan bir sıra pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib, eləcə də ölkənin bu sahədəki texniki imkanları göstərilib.

Tehran böyük şəhər bələdiyyəsi üzrə bu təlimlərə qatılmaq üçün təxminən 500 000 nəfər qeydiyyatdan keçib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.