Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Əks-səda xəbər verir ki, 95 yaşlı veteran diktor sentyabrın 18-da müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, uzun illər Azərbaycan Radiosunda çalışmış Sevda Saleh sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi.


