• Home  
  • Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb
- Dünya - Gündəm - Idman

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

İspaniya çempionatının VII turunda “Sevilya”ya 3:1 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2013/2014 mövsümündən bəri 50 məhsuldar ötürmə edən ən gənc futbolçu kimi rekorda imza atıb. Əks-səda “Opta”ya istinadən xəbər verir ki, 19 yaşlı forvard sözügedən qarşılaşmada iki məhsuldar ötürmə edib. Bununla da Kataloniya kollektivinin heyətində bütün turnirlərdə çıxdığı 159 matçda […]

İdman

İspaniya çempionatının VII turunda “Sevilya”ya 3:1 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2013/2014 mövsümündən bəri 50 məhsuldar ötürmə edən ən gənc futbolçu kimi rekorda imza atıb.

Əks-səda “Opta”ya istinadən xəbər verir ki, 19 yaşlı forvard sözügedən qarşılaşmada iki məhsuldar ötürmə edib.

Bununla da Kataloniya kollektivinin heyətində bütün turnirlərdə çıxdığı 159 matçda məhsuldar ötürmələrinin sayını 51-ə çatdırıb.

19 yaş 68 günlüyündə 50-ci məhsuldar ötürməsini edən idmançı 2013/2014 mövsümündən bəri La Liqada bu göstəriciyə çatan ən gənc oyunçudur. Əvvəlki rekord “Real”ın futbolçusu Vinisius Juniora (22 yaş 298 gün) məxsus idi. Futbolçu 2023-cü ildə bu uğura imza atmışdı.

Qeyd edək ki, L.Yamal 51 məhsuldar ötürmə ilə yanaşı, komandanın heyətində bütün turnirlərdə 57 qol vurub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.