• Home  
  • Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb

Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında naməlum silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli mətbuata istinadən xəbər verib. Silahlı şəxslər Barkin-Ladi rayonunda avtobusa hücum edərək 5 nəfəri öldürüblər. Daha 4 nəfər isə bazar günü səhər kilsəyə getdikləri vaxt qətlə yetirilib. Hücumlar Riyom rayonunda və qonşu icmalarda […]

Hadisə

Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında naməlum silahlı şəxslərin törətdiyi hücumlar nəticəsində azı 9 nəfər öldürülüb.

Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli mətbuata istinadən xəbər verib.

Silahlı şəxslər Barkin-Ladi rayonunda avtobusa hücum edərək 5 nəfəri öldürüblər. Daha 4 nəfər isə bazar günü səhər kilsəyə getdikləri vaxt qətlə yetirilib.

Hücumlar Riyom rayonunda və qonşu icmalarda da baş verib. Yeni hücumların ola biləcəyindən ehtiyat edən bəzi sakinlər evlərini tərk ediblər.

Hazırda heç bir silahlı qruplaşma hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.