• Home  
  • Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Banqladeşdə fabrik yaxınlığında qaz balonlarının partlaması nəticəsində 7 nəfər ölüb

Banqladeşin paytaxtı Dəkkənin kənarında yerləşən Aşuliyada tikiş fabrikinin ərazisində yük maşınındakı qaz balonlarının partlaması və ardınca baş verən yanğın nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə yerli “Daily Sun” qəzeti xəbər verib. Hadisə nəticəsində həm fabrik işçiləri, həm də yoldan keçənlər müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar. Yaralılar […]

Hadisə

Banqladeşin paytaxtı Dəkkənin kənarında yerləşən Aşuliyada tikiş fabrikinin ərazisində yük maşınındakı qaz balonlarının partlaması və ardınca baş verən yanğın nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə yerli “Daily Sun” qəzeti xəbər verib.

Hadisə nəticəsində həm fabrik işçiləri, həm də yoldan keçənlər müxtəlif dərəcəli yanıqlar və xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Fabrik nümayəndəsi bildirib ki, partlayış baş verən zaman binanın içərisində heç kim olmayıb.

Fövqəladə xidmətlər həlak olan şəxslərdən birinin kimliyini müəyyənləşdirə bilib. Digər şəxslərin kimliyi isə hələlik müəyyən edilməyib. Hadisənin başvermə şəraiti araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.