• Home  
  • Suriyada silah-sursat anbarında partlayışlar baş verib
- Dünya - Gündəm - Hadisə

Suriyada silah-sursat anbarında partlayışlar baş verib

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib. Əks-səda xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub. Davam edən partlayışlar xilasetmə […]

Hadisə

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.

Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.