• Home  
  • “Barselona”nın futbolçusu Andreas Kristensen zədələnib
- Dünya - Gündəm - Idman

“Barselona”nın futbolçusu Andreas Kristensen zədələnib

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas Kristensen zədələnib. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan müayinələr danimarkalı müdafiəçinin sol budunun əzələsindən zədələndiyini təsdiqləyib. O, yaxın həftələrdə komandaya kömək edə bilməyəcək, bərpa müddəti isə müalicənin gedişindən asılı olacaq. Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümünün əvvəlində 6 matçda […]

İdman

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas Kristensen zədələnib.

Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan müayinələr danimarkalı müdafiəçinin sol budunun əzələsindən zədələndiyini təsdiqləyib.

O, yaxın həftələrdə komandaya kömək edə bilməyəcək, bərpa müddəti isə müalicənin gedişindən asılı olacaq.

Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümünün əvvəlində 6 matçda meydana çıxıb. Bu qarşılaşmaların 4-də start heyətində yer alan futbolçu 1 məhsuldar ötürmə edib və ümumilikdə 402 dəqiqə forma geyinib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.