• Home  
  • “Azərkosmos” kiçik peyklərin sınağı üçün Termal-Vakuum Kamerası istehsal edib
- Elm - Gündəm - Ölkə - Texnologiya

“Azərkosmos” kiçik peyklərin sınağı üçün Termal-Vakuum Kamerası istehsal edib

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) kiçik peyklərin və peyk komponentlərinin ölkə daxilində sınaqdan keçirilməsinə imkan verən Termal-Vakuum Kamerasını (TVAC – Thermal Vacuum Chamber) layihələndirib və istehsal edib. Əks-səda xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb. Bildirilib ki, termal-vakuum sistemləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), […]

Texnologiya

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) kiçik peyklərin və peyk komponentlərinin ölkə daxilində sınaqdan keçirilməsinə imkan verən Termal-Vakuum Kamerasını (TVAC – Thermal Vacuum Chamber) layihələndirib və istehsal edib.

Əks-səda xəbər verir ki, bu barədə “Azərkosmos” məlumat yayıb.

Bildirilib ki, termal-vakuum sistemləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kimi dünyanın aparıcı kosmik qurumlarının və həmçinin kosmik şirkətlərin peyk və kosmik avadanlıqlarının sınaq infrastrukturunun ayrılmaz hissəsidir. Sistemin Azərbaycanda yerli mühəndislər tərəfindən hazırlanması isə bu sınaq imkanlarının ölkə daxilində formalaşdırılması istiqamətində mühüm addımdır.

“Azərkosmosun” tədqiqat və inkişaf üzrə mühəndisləri tərəfindən hazırlanan sistemin ərsəyə gətirilməsi səkkiz ay davam edib. “AITvac 03” adlı cihaz zəruri sınaqlardan uğurla keçib və kiçik peyklərin, onların alt sistemlərinin, eləcə də müxtəlif kosmik aparat komponentlərinin orbitə buraxılmazdan əvvəl termal və vakuum şəraitinə uyğunluğunun, etibarlılığının, həmin şəraitdə funksionallığının yoxlanılması üçün nəzərdə tutulub.

Sistem “ISO 19683:2026”, Avropa Kosmik Standartlaşdırma Əməkdaşlığının (ECSS) və NASA-nın Ümumi Ətraf Mühit Verifikasiyası Standartının (GEVS) müvafiq sınaq standartlarının tələblərinə cavab verərək hazırlanıb. Belə ki, cihaz, –80°C-dən +100°C-dək standart temperatur diapazonunda olan və 1×10⁻⁵ mbaradək (yüz mində bir millibar) təzyiqli yüksək vakuum şəraiti yarada bilir. Bu, Yer səthindəki normal atmosfer təzyiqi ilə müqayisədə təxminən 100 milyon dəfə aşağı təzyiq deməkdir və müasir raket operatorlarının tələblərinə uyğunluğu tələb edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.