• Home  
  • Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ keçirib
- Dünya - Gündəm - Hadisə

Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ keçirib

Tıqray Xalq Azadlıq Cəbhəsi qüvvələri federal hökumətlə münasibətlərdə gərginliyin artması fonunda Efiopiyanın şimalındakı Mekeledəki hava limanına nəzarəti ələ keçiriblər. Əks-səda “Al Arabiya”ya istinadən xəbər verir ki, hava limanının ələ keçirilməsi barədə məlumatı hava limanının əməkdaşı və təhlükəsizlik sahəsindəki mənbə təsdiqləyib. Hava limanının əməkdaşının sözlərinə görə, onlara aeroportun Tıqray qüvvələri tərəfindən ələ keçirildiyi barədə məlumat verilib. “FlightRadar” […]

Hadisə

Tıqray Xalq Azadlıq Cəbhəsi qüvvələri federal hökumətlə münasibətlərdə gərginliyin artması fonunda Efiopiyanın şimalındakı Mekeledəki hava limanına nəzarəti ələ keçiriblər.

Əks-səda “Al Arabiya”ya istinadən xəbər verir ki, hava limanının ələ keçirilməsi barədə məlumatı hava limanının əməkdaşı və təhlükəsizlik sahəsindəki mənbə təsdiqləyib.

Hava limanının əməkdaşının sözlərinə görə, onlara aeroportun Tıqray qüvvələri tərəfindən ələ keçirildiyi barədə məlumat verilib.

“FlightRadar” hava hərəkətini izləmə xidməti bu gün səhər Mekele ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə arasındakı uçuşun ləğv edildiyini göstərib.

Milli aviadaşıyıcı “Ethiopian Airlines” da Mekele, Aksum və Şireyə uçuşların müvəqqəti dayandırıldığını bildirib.

Tıqray regionuna nəzarət edən Tıqray Xalq Azadlıq Cəbhəsi 2020-2022-ci illərdə Efiopiyanın federal hökuməti ilə vətəndaş müharibəsi aparıb. Afrika İttifaqının qiymətləndirmələrinə görə, münaqişə nəticəsində təxminən 600 min nəfər həyatını itirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.