Sayca 10-cu dəfə Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bu, “Formula 1″in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötənilki sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.
Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
Xatırladaq ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.


