• Home  
  • Aİ Ukraynaya 3 milyard avroya yaxın vəsaitin verilməsini təsdiqləyib
- Dünya - Gündəm - Siyasət

Aİ Ukraynaya 3 milyard avroya yaxın vəsaitin verilməsini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” proqramı üzrə səkkizinci müntəzəm tranş çərçivəsində Ukraynaya təxminən 3 milyard avro, o cümlədən ilk dəfə olaraq Ukraynaya dəstək krediti vəsaitlərindən təqribən 800 milyon avro ayrılmasını təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib. Vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin qorunub saxlanmasına, ölkənin bərpasına və modernləşdirilməsinə, dövlət idarəçiliyinin işinə və […]

Siyasət

Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” proqramı üzrə səkkizinci müntəzəm tranş çərçivəsində Ukraynaya təxminən 3 milyard avro, o cümlədən ilk dəfə olaraq Ukraynaya dəstək krediti vəsaitlərindən təqribən 800 milyon avro ayrılmasını təsdiqləyib.

Əks-səda xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin qorunub saxlanmasına, ölkənin bərpasına və modernləşdirilməsinə, dövlət idarəçiliyinin işinə və islahatların həyata keçirilməsinə yönəldiləcək.

Tranşı almaq üçün Ukrayna proqramla nəzərdə tutulmuş 10 hədəf göstəricisini yerinə yetirib. Ümumilikdə Kiyev indiyədək yerinə yetirilməli olan 95 göstəricidən 84-nü və ya təxminən 88 %-ni icra edib.

Aİ Şurası Ukraynaya dəstək planına da dəyişiklik edib. Plana Norveçin 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində əvəzsiz könüllü töhfəsi daxil edilib.

Norveç Aİ-yə üzv olmayan ölkələr arasında Ukraynaya dəstək üzrə Ukrayna Planı vasitəsilə yardımı nəzərdə tutan “Ukraine Facility” proqramının ilk komponentinə vəsait ayıran ilk ölkə olub. Böyük Britaniya isə daha əvvəl proqramın ikinci komponenti olan “Ukraine Investment Framework” çərçivəsində 17 milyon avrodan çox vəsait ayırıb.

Yeni tranş köçürüldükdən sonra Ukraynanın 2024-cü ilin ortalarından etibarən “Ukraine Facility” çərçivəsində aldığı vəsaitin ümumi həcmi 32 milyard avronu ötəcək.

Həcmi 50 milyard avrodan çox olan “Ukraine Facility” proqramı 2027-ci ilə qədər nəzərdə tutulub və Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün qrant və kreditləri nəzərdə tutur. Bu məbləğin təxminən 40 milyard avrosu Ukrayna Planında nəzərdə tutulan islahatlar və investisiyalar üçün ayrılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.