• Home  
  • “Arsenal”ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
- Dünya - Gündəm - Idman

“Arsenal”ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Əks-səda xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Karyerası ərzində “Atletiko Nasional” (Kolumbiya), “Nitsa” (Fransa), “Arsenal” (İngiltərə), “Napoli” (İtaliya) və “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) klublarının formasını geyinən qapıçı London təmsilçisi ilə iki dəfə İngiltərə Kubokunun, üç dəfə isə ölkə Superkubokunun qalibi […]

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Əks-səda xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Karyerası ərzində “Atletiko Nasional” (Kolumbiya), “Nitsa” (Fransa), “Arsenal” (İngiltərə), “Napoli” (İtaliya) və “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) klublarının formasını geyinən qapıçı London təmsilçisi ilə iki dəfə İngiltərə Kubokunun, üç dəfə isə ölkə Superkubokunun qalibi olub. “Napoli”nin heyətində isə İtaliya Kubokunu qazanıb.

Kolumbiya millisində 131 oyun keçirən Ospina 2024-cü ildə Amerika Kubokunun gümüş, 2016 və 2021-ci illərdə isə bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, qapıçı 2026-cı ilin yayında Meksikanın “Atletiko” klubu ilə müqavilə imzalasa da, dirsək zədəsinin yenidən təkrarlanması səbəbindən komandada heç bir oyuna çıxmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.