Bakının Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.
Əks-səda xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək. Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.


