• Home  
  • Sabah Bakıya və rayonlara yağış yağacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Sabah Bakıya və rayonlara yağış yağacaq

Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 […]

Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir.

Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.