• Home  
  • Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
- Dünya - Gündəm - Hadisə

Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər

Keniyanın şimal-şərqindəki Mandera dairəsində avtomobilə silahlı hücum nəticəsində ən azı səkkiz nəfər, o cümlədən iki polis əməkdaşı ölüb. Əks-səda yerli mediaya istinadən xəbər verir ki, silahlı şəxslər yol sahəsindəki tikinti obyektində çalışan mühəndisləri və digər əməkdaşları müşayiət edən avtomobilə atəş açıblar. Polis zərərçəkənlərin sayı barədə məlumat verməyib. Hadisə Keniyanın Somali ilə sərhədi yaxınlığında baş verib. Bununla […]

Keniyanın şimal-şərqindəki Mandera dairəsində avtomobilə silahlı hücum nəticəsində ən azı səkkiz nəfər, o cümlədən iki polis əməkdaşı ölüb.

Əks-səda yerli mediaya istinadən xəbər verir ki, silahlı şəxslər yol sahəsindəki tikinti obyektində çalışan mühəndisləri və digər əməkdaşları müşayiət edən avtomobilə atəş açıblar.

Polis zərərçəkənlərin sayı barədə məlumat verməyib.

Hadisə Keniyanın Somali ilə sərhədi yaxınlığında baş verib. Bununla belə, polis hələ ki, şübhəlilərin adını açıqlamayıb və hücumun motivini müəyyən etməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.