• Home  
  • Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- Gündəm

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. “Əks-səda” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) – (Z.Bünyadov […]

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Əks-səda” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi (Baksol yolu) – (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AAYDA aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.