• Home  
  • İsrailin “Makkabi” klubu Mahir Emrelini heyətinə qatmaq istəyib
- Gündəm - Idman

İsrailin “Makkabi” klubu Mahir Emrelini heyətinə qatmaq istəyib

Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib. “Əks-səda” xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub. “Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha […]

Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir klub müəyyənləşib.

Əks-səda” xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

“Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyir. Lakin oyunçu hələlik yekun qərarını verməyib.

Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

Xatırladaq ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.