Bu ilin 6 ayı ərzində Bakıda baş verən qəzaların sayı açıqlanıb.
“Əks-səda” bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində ötən dövr ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.


