• Home  
  • DPA: Drezdendə silahlı şəxs polisə atəş açıb
- Dünya - Gündəm - Hadisə

DPA: Drezdendə silahlı şəxs polisə atəş açıb

Almaniyanın Drezden şəhərində yerləşən supermarketlərin birinin yaxınlığında silahlı şəxs polisə atəş açıb. “Əks-səda” DPA agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Fridrixştadt rayonunda baş verib. Şahidlərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları Türkiyə vətəndaşı olan 41 yaşlı kişini supermarketin qarşısında saxlayıblar. Bildirilir ki, saxlanılarkən şübhəli şəxs odlu silahdan polisə doğru atəş açıb. Hadisə nəticəsində polis […]

Almaniyanın Drezden şəhərində yerləşən supermarketlərin birinin yaxınlığında silahlı şəxs polisə atəş açıb.

Əks-səda” DPA agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Fridrixştadt rayonunda baş verib.

Şahidlərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları Türkiyə vətəndaşı olan 41 yaşlı kişini supermarketin qarşısında saxlayıblar.

Bildirilir ki, saxlanılarkən şübhəli şəxs odlu silahdan polisə doğru atəş açıb. Hadisə nəticəsində polis əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb.

Polis əməkdaşlarının cavab atəşi nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Hazırda onun barəsində hədə-qorxu gəlmə və silah haqqında qanunvericiliyin pozulması maddələri ilə araşdırma aparılır.

Hadisənin motivi hələlik məlum deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.