ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib.
“Əks-səda” xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər. Hesab edirəm ki, o (Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Və bu, yaxın zamanda baş verəcək”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu ildə başa çatacaq.


