Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Əks-səda” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
İyulun 15-i saat 15:30-dan etibarən yeddisi azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.


