• Home  
  • İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib
- Dünya - Gündəm - Hadisə

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib. Əks-səda xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Yanğın səbəbindən Sinko-Vilyas regionundakı Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastilyo şəhərlərinin sakinlərinin təxliyəsi həyata keçirilib. Araqon hökumətinin daxili işlər naziri Roberto Bermudes de Kastro bildirib ki, cəlb edilmiş resurslar ən çox […]

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

Əks-səda xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Yanğın səbəbindən Sinko-Vilyas regionundakı Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastilyo şəhərlərinin sakinlərinin təxliyəsi həyata keçirilib.

Araqon hökumətinin daxili işlər naziri Roberto Bermudes de Kastro bildirib ki, cəlb edilmiş resurslar ən çox narahatlıq doğuran iki rayonu: Unkastilyo və Malpika-de-Arbanı qorumağa imkan verib.

“Bu gün biz yerdə təxminən 450 nəfərin, 30-dan çox təyyarənin və çevik reaksiya bölməsinin 300-dən çox hərbi qulluqçusunun iştirakı ilə mühüm əməliyyatı davam etdirəcəyik”, – o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.