• Home  
  • Əfqanıstanda daşqınlar nəticəsində 20 nəfər ölüb, 100-ə yaxın şəxs itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Əfqanıstanda daşqınlar nəticəsində 20 nəfər ölüb, 100-ə yaxın şəxs itkin düşüb

Bazar ertəsi Əfqanıstanın şimal-şərqində qəfil daşqınlar nəticəsində azı 20 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilir. Son məlumatlara görə, daha 80 nəfər yaralanıb, 100-dən çox insan itkin düşmüş hesab olunur. Ölənlərin sayının artacağı istisna edilmir. Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatına görə, əhaliyə və infrastruktura ən böyük ziyan Nuristan […]

Bazar ertəsi Əfqanıstanın şimal-şərqində qəfil daşqınlar nəticəsində azı 20 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilir.

Son məlumatlara görə, daha 80 nəfər yaralanıb, 100-dən çox insan itkin düşmüş hesab olunur. Ölənlərin sayının artacağı istisna edilmir.

Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatına görə, əhaliyə və infrastruktura ən böyük ziyan Nuristan vilayətinin paytaxtı Parunda qeydə alınıb. Əfqanıstan-Pakistan sərhədindəki ucqar əyalətdə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

Qeyd edək ki, Əfqanıstan ölkənin bəzi hissələrini quraqlıqlara, digərlərini isə daha bol yağıntılara məruz qoyan iqlim dəyişikliyinin nəticələrinə ən həssas ölkələr sırasındadır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.