Ağ Evin rəhbəri Donald Tramp bir sıra Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib.
Əks-səda xəbər verir ki, müvafiq bəyanat ABŞ Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.
Sənədin məzmununa əsasən, artırılmış tariflər “Kanadanın Amerika mallarına qarşı ayrı-seçkilik tədbirlərinə cavab olaraq” tətbiq edilib. Bəyanatda qeyd olunub ki, yeni rüsumlar geniş məhsul siyahısına – şərabdan tutmuş, xokkey çubuqlarına və sementə qədər – şamil edilir. Bununla yanaşı, enerji daşıyıcıları, kalium, dəniz məhsulları və kritik əhəmiyyətli minerallar yeni tarif tədbirlərinin təsir dairəsindən çıxarılıb.
Yeni rüsumlar Birləşmiş Ştatlar Prezidenti tərəfindən müvafiq fərmanın imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.


