• Home  
  • Tokioda isti hava səbəbindən 261 nəfər xəstəxanaya yerləşdirilib
- Dünya - Gündəm

Tokioda isti hava səbəbindən 261 nəfər xəstəxanaya yerləşdirilib

Tokioda davam edən isti hava dalğası səbəbindən 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əks-səda Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə – 3454-ə çatıb. […]

Tokioda davam edən isti hava dalğası səbəbindən 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Əks-səda Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə – 3454-ə çatıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Tokionun mərkəzində havanın temperaturu 36,4 dərəcə, ölkənin bəzi bölgələrində isə 40 dərəcəni ötüb. İsti hava nəticəsində Toçiqi prefekturasında 84 yaşlı kişinin həyatını itirdiyi bildirilir.

Səlahiyyətli qurumlar əhalini isti hava ilə əlaqədar ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.