Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya təzyiqin davam etdirilməsini və onun gəlir mənbələrinin azaldılmasını nəzərdə tutan 21-ci sanksiya paketini razılaşdırıblar.
Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makenti “X” hesabında yazıb.
“İrlandiyanın Aİ Şurasına sədrliyinin ilk həftələrində 21-ci sanksiya paketini razılaşdıra bildiyimiz üçün şadam. Bu paket Rusiyanın gəlir mənbələrinə əlavə zərbə vurur, onun kölgə donanmasının fəaliyyətini məhdudlaşdırır və tədarük zəncirlərini pozur. Avropa Rusiyanın təcavüzkar müharibəsinə qarşı mübarizəsində Ukraynanı dəstəkləyir”, – o yazıb.
İrlandiya iyulun 1-dən Aİ Şurasına sədrlik edir.
Yeni sanksiyalar paketinin təfərrüatlarının Avropa Komissiyası və Aİ Şurası tərəfindən daha sonra təqdim ediləcəyi gözlənilir.


