• Home  
  • Bakıda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Gündəm - KriminaI - Ölkə

Bakıda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb. Əks-səda xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 2000 manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq […]

Paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb.

Əks-səda xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 2000 manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq etdiyi məlum olub.

Araşdırmalar aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.