• Home  
  • Pakistanda terror hücumu nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Pakistanda terror hücumu nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna kamikadze hücumu nəticəsində azı 14 nəfər həlak olub, 24 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobil təhlükəsizlik postunda partladılıb. Güclü partlayış nəticəsində post tamamilə dağılıb. Məlumata görə, ölənlər arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Təsərrüfatı İdarəsinin bir […]

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna kamikadze hücumu nəticəsində azı 14 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, partlayıcı maddələrlə yüklənmiş avtomobil təhlükəsizlik postunda partladılıb. Güclü partlayış nəticəsində post tamamilə dağılıb.

Məlumata görə, ölənlər arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Təsərrüfatı İdarəsinin bir əməkdaşı var.

Hadisə nəticəsində 20 hərbçi və 4 polis əməkdaşı olmaqla ümumilikdə 24 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Üç hərbçinin dağıntılar altında qaldığı ehtimal edilir.

Mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələrinin sonrakı təmizləmə əməliyyatı zamanı ətraf ərazidə üç silahlı şəxs məhv edilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.